Ermənistan əhalinin azalması problemini repatriasiya hesabına kompensasiya etmək istəyir

Ermənistan əhalinin azalması problemini repatriasiya hesabına kompensasiya etmək istəyir
# 30 yanvar 2013 12:22 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. “Sayımız o qədər azdır ki, bundan o tərəfi yoxdur. Lakin problem təkcə dövlətdə deyil, hər birimizdədir. Biz münasib atmosfer yaratmalıyıq”. APA-nın məlumatına görə, bu fikirləri Alaverdi şəhərində seçicilərlə görüşündə Ermənistan prezidenti Serj Sərkisyan söyləyib.

Miqrasiya problemini şərh edən Serj Sərkisyan qeyd edib ki, yaxın illər ərzində repatriasiya problemini həll etmək zəruridir.

Xatırladaq ki, Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, ölkədə əmək qabiliyyətli insanların sayı ümumi əhalinin 11,5 faizini təşkil edir. BMT-nin dəyərləndirməsinə görə, əgər bu rəqəm 7-8 faizi keçirsə, deməli, o ölkədə qocalma prosesi gedir.

Ermənistanın baş naziri Tiqran Sərkisyanın sözlərinə görə, problemin əsas səbəblərindən biri ölkədə doğum səviyyəsinin aşağı olması, digəri isə son 20 ildə bu ölkəni 1,2 milyon nəfərin tərk etməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR