Gəncədə idman müəllimini maşın vurub - VİDEO

Gəncədə idman müəllimini maşın vurub - <span style="color: red;">VİDEO
# 09 iyul 2015 06:49 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə iyulun 8-də axşam saatlarında şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Tural Novruzov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən, Gəncə Olimpiya İdman Kompleksinin müəllimi, 1983-cü il təvəllüdlü Ramil Daşdıyevi vurub.

R. Daşdıyev xəstəxanaya çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR