Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizələrinin təsdiqi başlayıb

Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizələrinin təsdiqi başlayıb
# 15 aprel 2013 06:31 (UTC +04:00)

APA-nın xəbərinə görə, ərizələrin təsdiqi prosesi mayın 17-dək davam edəcək. Qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər internet vasitəsilə elektron ərizələri doldurur və tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir.

Ümumi təhsil müəssisələrini 2012/2013-cü tədris ilində bitirən abituriyentlər, ilk-peşə ixtisas təhsili müəssisələrini 2012/2013-cü tədris ilində bitirən qız abituriyentlər və 2011/2012-ci və 2012/2013-cü tədris illəri üçün Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib təsdiq etdirmiş qız abituriyentlər elektron ərizələrini aprelin 9-dan mayın 17-dək SQK-na müraciət etmədən elektron ərizə səhifəsinə daxil olub özləri təsdiq edirlər. Digər abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə müvafiq SQK-da, Gürcüstanda yaşayan azərbaycanlılar ərizələrini Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında yaradılmış SQK-da təsdiq etdirə bilərlər.

Qeyd edək ki, Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərin ərizə qəbulu aprelin 9-dan başlayıb və bu proses mayın 15-dək davam edəcək. Artıq bu günə kimi 4 mindən çox abituriyent qəbul imtahanlarında iştira etmək üçün sənəd verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR