Azərbaycan «Şəbəkə hazırlığı indeksi» renkinqində 56-cı yerə yüksəlib

Azərbaycan «Şəbəkə hazırlığı indeksi» renkinqində 56-cı yerə yüksəlib
# 11 aprel 2013 11:25 (UTC +04:00)

«APA-Economics»in sözügedən hesabata istinadən verdiyi məlumata görə, hesabatda 144 ölkəni əhatə edən «Şəbəkə hazırlığı indeksi» renkinqi («The Networked Readiness Index Ranking») öz əksini tapıb ki, Azərbaycan bu siyahıda mövqeyini ötən ilə nisbətən 5 pillə yaxşılaşdıraraq 4,11 balla 56-cı yerdə qərarlaşıb. Ümumiyyətlə, hesabatda Azərbaycan reytinqdə 43-cü yeri tutmuş Qazaxıstan və 54-cü yerdə qərarlaşan Rusiya kimi ölkələri ilə İKT sahəsində MDB məkanında ən inkişaf etmiş ölkə hesab olunub.

Renkinqdə birinci yeri 5,98 balla Finlandiya, ikinci yeri Sinqapur (5,96 ball), üçün yeri isə ötən il siyahıda birinci olan İsveç (5,91 ball) tutub. İlk beşliyə həmçinin Niderland (5,81 bal) və Norveç (5,66 bal) daxil olub. Siyahının ilk onluğunu İsveçrə (5,66 bal), Birləşmiş Krallıq (5,64 bal), Danimarka (5,58 bal), ABŞ (5,57 bal) və Çinin əyaləti olan Tayvan (5,47 bal) tamamlayır.

Siyahıda Koreya (5,46 ball), Yaponiya (5,24 ball) və Çin (4,03 ball) kimi ölkələr müvafiq olaraq 11-ci, 21-ci və 58-ci yerlərdə qərarlaşıb.

Türkiyə 4,22 balla siyahıda 45-ci yeri, Gürcüstan 3,93 balla 65-ci yeri, Ermənistan 3,76 balla 82-ci yeri, İran isə 3,43 balla 101-ci yeri tutub.

MDB ölkələri arasında Ukrayna 3,87 balla 73-cü yerdə, Moldova 3,84 balla 77-ci yerdə, Tacikistan 3,29 balla 112-ci yerdə, Qırğızıstan isə 3,09 balla 118-ci yerdə qərarlaşıb.

Renkinqdə son üç yeri Çad (2,53 ball), Syerra Leone (2,53 ball) və Burundi (2,30 ball) tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR