Bank Of Baku

Salyanda yük avtomobilinin vurduğu 18 yaşlı piyada keçinib - YENİLƏNİB

Salyanda yük avtomobilinin vurduğu 18 yaşlı piyada keçinib  - <span style="color: red;">YENİLƏNİB
# 24 iyun 2018 03:33 (UTC +04:00)

Salyanda ötə gün yük maşını tərəfindən vurulan 18 yaşlı piyada ölüb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, açıq kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə komatoz vəziyyətdə yerləşdirilən Qurbanov Məhəmməd Ziyafət oğlu, həkimlərin səyinə baxmayaraq, keçinib. 

 

Faktla bağlı araşdırma aparılır. 

 

**** 23.13

 

Salyanda avtomobil piyadanı vurub.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qarabağlı kəndi ərazisində baş verib. Kənd sakini Əzizov İlham Fəzail oğlunun idarə etdiyi “Ford Transit” markalı yük maşını yolu keçən 2000-ci il təvəllüdlü Qurbanov Məhəmməd Ziyafət oğlunu vurub.

 

Piyada açıq kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə komatoz vəziyyətdə yerləşdirilib.

 

Hadisə Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR