Sergey Narışkin: “Rusiya müdafiə nazirinin təyyarəsinin Polşanın hava məkanına buraxılmaması dövlətlərarası münasibətlərə təsir edəcək”

Sergey Narışkin: “Rusiya müdafiə nazirinin təyyarəsinin Polşanın hava məkanına buraxılmaması dövlətlərarası münasibətlərə təsir edəcək”
# 30 avqust 2014 15:23 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. “Müdafiə nazirimizin təyyarəsinə qarşı Polşanın etdiyi hərəkət iki dövlət arasındakı münasibətlərə təsir edəcək”.

APA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin “Russia Today” kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ötən gün Slovakiyadan qayıdan Rusiya müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə Polşa hava məkanından uçmağa icazə verilməməsi Moskvada hiddətlə qarşılanıb: “Bu insident hər kəsdə, o cümlədən məndə təəccüb doğurur. Əgər bizim polşalı həmkarlarımız bu qərarı Ukraynadakı vəziyyətə görə veriblərsə, nəticə etibarilə münaqişənin həllinə heç bir müsbət təsiri olmayacaq, əksinə, Rusiya ilə Polşa arasındakı münasibətlərə təsir edəcək”.

Rusiya XİN də bəyan edib ki, Varşavanın rusiyalı nazirin təyyarəsinə qarşı göstərdiyi münasibət beynəlxalq normaların və etik qaydaların kobud pozulmasıdır və Rusiya tərəfindən cavabsız qalmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR