Baş nazirin müavini: “Suriyadan Dağlıq Qarabağ ərazisinə erməni ailələrin köçürülməsi hələ də davam edir” - APA TV

Baş nazirin müavini: “Suriyadan Dağlıq Qarabağ ərazisinə erməni ailələrin köçürülməsi hələ də davam edir” - <span style="color: red;">APA TV
# 12 aprel 2013 13:48 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun məlumatına görə, bu fikirləri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, Əli Həsənov deyib ki, bu faktlar beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə təsdiqlənsə də, hələlik məsələyə hüquqi müstəvidə yanaşılmır: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi olan qurumlar, beynəlxalq təşkilatlar başqa ölkələrdən erməni ailələrinin Dağlıq Qarabağa köçürülməsi məsələsini araşdırsalar da, bu vaxtadək heç bir tədbir görülməyib. Bu isə Azərbaycan dövlətini düşündürməyə bilməz. ATƏT-in fakt-araşdırıcı missiyası tərəfindən aparılan araşdırmalar zamanı sübut olundu ki, son illər ərzində Dağlıq Qarabağ ərazilərinə dünyanın ayrı-ayrı yerlərindən 20 min nəfərdən çox erməni köçürülüb”.

Dünya dövlətlərinin Qarabağ münaqişəsinin həlli prosesində tərəflər arasında ayrı-seçkiliyə yol verməkdə davam etdiyini deyən Əli Həsənovun sözlərinə görə, Türkiyədən başqa digər ölkələr hələ də problemə ikili yanaşırlar: “Biz bilməliyik ki, təklənmişik. Bizim nicatımız ancaq öz əlimizdədir. Ona görə də, prezident İlham Əliyev son illər dövlətin gücləndirilməsi, iqtisadiyyatın inkişafı üçün əlindən gələni edir. Bu gün Azərbaycanda baş verən sürətli inkişaf isə həm düşmən ölkədə, həm onlara havadarlıq edən dövlətlərdə, həm də Avropada qıcıq doğurur”.

Əli Həsənov Ermənistanda vəziyyətin gündən günə pisləşdiyini də deyib: “Beynəlxalq Miqrasiya Təşkilatının açıqlamasında deyilir ki, son 15 ildə Ermənistanı milyon yarım insan tərk edib. Hazırda ölkədə qalanlar əlsiz-ayaqsızlar, başqa yerlərə getmək imkanları olmayanlardır. Artıq erməni diaspor təşkilatları da düşünür ki, onların Ermənistana göndərdikləri ianə və yardımlar hara xərclənir?! Axı Ermənistan əhalisi gündən-günə azalır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR