Azərbaycanda 900-dək özəl aptek fəaliyyət göstərir

Azərbaycanda 900-dək özəl aptek fəaliyyət göstərir
# 01 aprel 2013 13:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Hazırda Azərbaycanda 1800-ə yaxın aptek fəaliyyət göstərir. Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov APA-ya açıqlamasında deyib ki, onların yarısı özəl, yarısı isə dövlət əsasında fəaliyyət göstərən apteklərdir.

Onun sözlərinə görə, özəl apteklər Azərbaycanda xüsusi razılıq lisenziyasına əsasən fəaliyyət göstərir: “Səhiyyə Nazirliyinin qurumu olaraq mərkəz tərəfindən ölkənin əczaçılıq bazarına mütəmadi nəzarət edilir. Belə ki, mərkəz tərəfindən mütəmadi olaraq həm topdansatış, həm də pərakəndə satış mərkəzlərində planlı və plandan kənar şəkildə yoxlamalar aparılır. Planlı yoxlamalar İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı və Ədliyyə Nazirliyindən alınmış müvafiq icazə sənədi əsasında təşkil olunur. Plandan kənar yoxlamalar isə nazirliyin və mərkəzin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında aparılır. Bu il ərzində də plana əsasən və plandan kənar yoxlamalar aparılaraq apteklərin fəaliyyəti daimi nəzarətdə saxlanılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR