Seçkilərin gedişi ilə bağlı ilk məlumat açıqlanıb: saat 10.00-a seçici fəallığı 12,8 faiz olub

Seçkilərin gedişi ilə bağlı ilk məlumat açıqlanıb: saat 10.00-a seçici fəallığı 12,8 faiz olub
# 01 noyabr 2015 07:23 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinə bu gün keçirilən seçkilərin gedişi ilə bağlı ilk rəsmi məlumat açıqlanıb.

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyası İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 10:00-a qədər olan məlumata görə, respublika üzrə 667 732 seçici səs verib.

Bu isə 12,8 faiz seçici fəallığı deməkdir.

Seçicilərin ümumi sayı isə 5 198 658 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR