Cavid İmamverdiyev: ““Qarabağ”la qarşılaşmanı buraxacağım dəqiqdir”

Cavid İmamverdiyev: ““Qarabağ”la qarşılaşmanı buraxacağım dəqiqdir”
# 04 aprel 2013 11:18 (UTC +04:00)

Bakı-APA. “Artıq məşqlərə başlasam da, qarşıdakı turda meydana çıxa bilməyəcəm”. Bu sözləri apasport.az saytına “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev deyib.


XXIII turun “Bakı” ilə matçında zədələnəndiyi üçün 1 aya yaxındır yaşıl meydanlardan kənarda qalan İmamverdiyevin dönüşü yubanır.

Belə ki, o, həftəsonu “Qarabağ”la keçiriləcək oyunu da buraxacaq: “Dizimdə problem var idi. İndi hər şey yaxşılığa doğru gedir. Fərdi məşq edirəm. 4-5 gündən sonra komanda ilə birgə hazırlıq keçə biləcəm. Dönüşüm isə “Simurq”la oyunda ola bilər. “Qarabağ”la qarşılaşmanı buraxacağım dəqiqdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR