Gəncədə qadını döyərək öldürən şəxs tutulub - YENİLƏNİB - VİDEO

Gəncədə qadını döyərək öldürən şəxs tutulub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 11 iyul 2014 09:19 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 10-na keçən gecə Gəncə şəhərində şəhər sakini Firuzə Vəliyeva yaşadığı mənzildə naməlum şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən F.Vəliyeva orada ölüb.

Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Kazbek Bulekbayev tutulub.

* * *

11.44

Gəncə. Azər Məmmədli - APA. Gəncədə qətl hadisəsi törədilib.


Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə şəhərin Atatürk prospektində baş verib.

1964-cü il təvəllüdlü Firuzə Vəliyevanın meyiti yaşadığı evdə aşkarlanıb. Onun kim tərəfindən qətlə yetirildiyi hələ ki, məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR