Aqil Səmədbəyli: “Hürrü Əliyev ləyaqətsiz addım atmaqla Elçibəyin müqəddəs ruhunu incidib”

Aqil Səmədbəyli: “Hürrü Əliyev ləyaqətsiz addım atmaqla Elçibəyin müqəddəs ruhunu incidib”
# 22 fevral 2013 14:58 (UTC +04:00)

APA-nın xəbərinə görə, Aqil Səmədbəyli “Facebook” səhifəsində yerləşdirdiyi bəyanatda Əbülfəz Elçibəyin qardaşı oğlu, “Milli İdeya Naminə” Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri Hürrü Əliyevin açıqlamasına münasibət bildirilib: “Çox təəssüflə bildiririk ki, hələ Əbülfəz Elçibəy Ankarada xəstə yatağında ikən onun adından sui-istifadə halı başlamış, indi də davam etməkdədir. Ən son Hürrü Əliyev belə bir ləyaqətsiz addım atmaqla nə yazıq ki, Elçibəyin müqəddəs ruhunu incidib.


Elçibəyin adı ilə bağlı olan hər kəs – istər ailə üzvləri, istər qohum-əqrəbası, istərsə də onun ideyasının daşıyıcıları hər şeydən əvvəl bu adın müqəddəsliyinə xələl gətirməməlidirlər. Onsuz da xarici və daxili düşmənlər milli dəyərlərimizə zaman-zaman hücum təşkil etməklə milləti söykənəcəyi dayaqlardan məhrum etmək istəyirlər.
Elçibəyin adından şəxsi və cılız nəfslərini təmin etmək istəyi ilə hərəkət edənləri şiddətlə qınayır, bu cür davranışların heç bir əxlaqa, ləyaqətə sığmadığını bildiririk. Eyni qaydada Elçibəyin qohumlarının maddi imkansızlığından yararlanaraq onları siyasi məqsədlər üçün alət etməyin də ləyaqətsiz davranış olduğu qənaətindəyik”.

Məsələyə H. Əliyevin münasibətini öyrənmək mümkün olmasa da, Ə. Elçibəyin qardaşı, H. Əliyevin atası Almurad Əliyev APA-ya oğlunun və özünün baş verənlərlə bağlı yaxın bir həftə ərzində danışacağını deyib: “Hələlik mənim danışmaq fikrim yoxdur. Araşdırdıqdan sonra açıqlama verərəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR