Rezidentura təhsilini bitirənlərin təyinatı və iş yerinə göndərilməsinin tarixləri açıqlanıb

Rezidentura təhsilini bitirənlərin təyinatı və iş yerinə göndərilməsinin tarixləri açıqlanıb
# 20 noyabr 2015 15:03 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Səhiyyə Nazirliyi 2014/2015-ci tədris ilində rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerinə göndərilməsinin vaxtını açıqlayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müraciət edən şəxslərdən şəxsiyyət vəsiqələrini təqdim etmələri xahiş olunur.

Pediatriya, Oftalmologiya, Terapiya, Ftiziatriya, Gigiyena, Epidemiologiya və İmmunologiya 26 noyabr saat 10:00, Otorinolarinqologiya, Laboratoriya işi, Nevrologiya, Stomatologiya, Allerqologiya, Yoluxucu xəstəliklər, Qastroenterologiya, Sosial gigiyena, səhiyyənin təşkili, İmmunologiya, Narkologiya, Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza 27 noyabr saat 10:00, Mikrobiologiya, Psixiatriya, Anesteziologiya-reanimatologiya, Şüa diaqnostikası, Şüa terapiyası, Genetika, Kardiologiya, Dermatovenerologiya, Endokrinologiya və Hematologiya üzrə həkim-mütəxəssislərin təyinatı və iş yerinə göndərilməsi 30 noyabr saat 10:00-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR