Həbsdəki ilahiyyatçının apellyasiya şikayəti təmin olunmayıb

Həbsdəki ilahiyyatçının apellyasiya şikayəti təmin olunmayıb
# 27 mart 2013 10:10 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdəki ilahiyyatçı Cavid Məmmədovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. Bu barədə APA-ya vəkil Cavad Cavadlı məlumat verib. C. Cavadlı prosesdə məhkəmə qərarının elan olunduğunu bildirib. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Cavid Məmmədov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. C. Məmmədov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub. Nəsimi Rayon Məhkəməsinin hökmü ilə C. Məmmədov 1 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR