Serj Sarkisyan: “Abxaziyadan keçən dəmiryolunun açılması Ermənistan üçün çox böyük uğur olardı”

Serj Sarkisyan: “Abxaziyadan keçən dəmiryolunun açılması Ermənistan üçün çox böyük uğur olardı”
# 04 fevral 2013 10:11 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. “Abxaziyadan keçən dəmiryolunun açılması nəticəsində Ermənistanın dəmiryolu blokadasını yarması çox böyük uğur olardı”. APA-nın məlumatına görə, bunu “Kommersant” qəzetinə müsahibəsində Ermənistan prezidenti Serj Sarkisyan bildirib.

Onun sözlərinə görə, daşınmanın mümkünsüzlüyü və bahalı olması səbəbindən Ermənistan məhsulları rəqabətə tab gətirə bilmirlər: “Təbii ki, Abxaziyadan keçən dəmiryolunun açılması üçün 4 ölkənin razılığı lazımdır. Lakin Gürcüstanın baş naziri Bidzina İvanişvili Ermənistana son səfəri zamanı deyib ki, dəmiryolu xəttinin açılması Gürcüstan üçün də sərfəlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR