Bakıda içərisində xeyli miqdarda pul olan seyfi oğurlayan şəxs tutulub

Bakıda içərisində xeyli miqdarda pul olan seyfi oğurlayan şəxs tutulub
# 27 fevral 2013 10:19 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Bakıda içərisində xeyli miqdarda pul olan seyfi oğurlayan şəxs tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Ramil Quliyevə məxsus mağazadan içərisində 9 min manat pul və danışıq kartları olan seyfi oğurlayan Sumqayıt şəhər sakini Sələddin Quliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR