«Unibank»ın «Albalı» taksit kartının əhatə etdiyi alış-veriş obyektlərinin siyahısına «Mango» şəbəkəsi də qoşulub

«Unibank»ın «Albalı» taksit kartının əhatə etdiyi alış-veriş obyektlərinin siyahısına «Mango» şəbəkəsi də qoşulub
# 07 fevral 2013 14:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC-nin «Albalı» kartı vasitəsi ilə alış-veriş aparılması mümkün olan tərəfdaş mağazalar şəbəkəsinə dəbli geyimlərin satışı ilə məşhur olan «Mango» mağazaları da qatılıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Unibank»la «Mango» mağazalar şəbəkəsi arasında əməkdaşlıq müştərilərə «Mango»dan malları taksitlə, daha uzun müddət ərzində ödəniş aparmaq imkanı yaratmağa yönəldilib.

«Albalı» kart sahibləri «Mango» mağazalarından istənilən geyimi və aksessuarı 3 və 6 aylıq taksitlə almaq imkanı qazanıblar. Məhsulun qiymətinin 3 aya ödənişi zamanı müştəri 5%, 6 aylıq taksitlə - 7% əlavə komissiya ödəyir.

Müştərilər «Albalı» kartını «Unibank»ın istənilən filialından heç bir komissiya haqqı ödəmədən, illik faiz dərəcəsi 0% olan kreditlə, tamamilə pulsuz ala bilərlər. Qeyd edək ki, 3 il müddətinə 3 min manatadək kredit cəlb etməyə imkan verən «Albalı» kartı ilə bankomat vasitəsilə 200 manatadək nağd pul çıxarmaq mümkündür. Bu kart sahibinə «Unibank»ın tərəfdaşı olan 350-dən çox alqı-satqı və xidmət şəbəkələrində sərfəli alış-veriş etmək imkanı verir.

«Albalı» kartını əldə etmək üçün on-line sifariş anketini doldurmaq yetərlidir. Sifariş anketini www.albali.az/sifarish-et/ ünvanında doldurmaq olar. «Albalı» kartı ilə bağlı bütün məlumatları www.albali.az internet saytından, «Unibank»ın facebook səhifəsindən (www.facebook/unibank.az) və ya 117 nömrəsindən öyrənmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR