Avroqrupun Yunanıstan üzrə növbədənkənar görüşü keçiriləcək

Avroqrupun Yunanıstan üzrə növbədənkənar görüşü keçiriləcək
# 30 iyun 2015 17:54 (UTC +04:00)

Bakı-APA. Bu gün Avroqrup (Avrozona ölkələrinin Maliyyə Nazirləri Şurası) Yunanıstan üzrə növbədənkənar görüş keçirəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avroqrupun sədri Yerun Deysselblüm bildirib.

“Telekonfrans formatında baş tutacaq növbədənkənar görüş bu gün, Brüssel vaxtı ilə saat 19:00 başlayacaq. Danışıqlarda Yunanıstan tərəfinin bu gün Avroqrupa təqdim etdiyi rəsmi sorğu müzakirə olunacaq”, deyə Y. Deysselblüm bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR