Ukrayna Ali Radasının qarşısında nümayişçilər polisə qumbara atıb, yaralılar var - FOTO

Ukrayna Ali Radasının qarşısında nümayişçilər polisə qumbara atıb, yaralılar var - <span style="color: red;">FOTO
# 31 avqust 2015 13:47 (UTC +04:00)

APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, mitinqçilərin arasından polislərə doğru qumbara atılıb. Nəticədə hüquq-mühafizə orqanlarının 50-dən çox əməkdaşı yaralanıb. Hadisə yerinə təcili yardım maşınları gəlib və yaralılar xəstəxanaya çatdırılıb. Milli Qvardiyadan bildirilib ki, qvardiyanın çoxlu sayda əməkdaşı zərər çəkib. Onlardan 4-nün vəziyyəti ağırdır.

“112” telekanalının əməkdaşı hüquq-mühafizə orqanlarının əməkdaşlarına tərəf 2 qumbaranın atıldığını xəbər verib.

Qeyd edək ki, Ali Rada ölkədə siyasi gərginliyə səbəb olan “Ukrayna Konstitusiyasına dəyişikliklər edilməsi (hakimiyyətin qeyri-mərkəzləşdirilməsi) haqqında” qanun layihəsini ilk oxunuşda qəbul edib. Layihənin lehinə 265 deputat səs verib. Birinci oxunuşdan keçdikdən sonra sənədin qəbulu üçün konstitusion çoxluq – 300 səs tələb olunur. Hakim koalisiyaya daxil olan siyasi qüvvələrdən üçü – “Samopomiç”, Radikal Partiyası və “Yuliya Timoşenkonun bloku” sənədə səs verməyəcəklərini bəyan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR