Bu ilin 7 ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4,1 mlrd. manat vəsait daxil olub

Bu ilin 7 ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4,1 mlrd. manat vəsait daxil olub
# 11 avqust 2015 11:47 (UTC +04:00)

Bakı. APA-Economics. Vergilər Nazirliyi 2015-ci ilin yanvar-iyul aylarında vergi daxilolmaları haqqında məlumatı açıqlayıb.

Nazirliyin Analitik informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, 2015-ci ilin yanvar-iyul ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 mlrd. 104 mln. 76,7 min manat vəsait daxil olub. Bununla da proqnoz tapşırığına 101,9% əməl edilib.

Hesabat dövründə vergi orqanlarında 47 396 vergi ödəyicisi qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR