Bakıda iki nəfəri bıçaqlayıb qaçan şəxs yaxalanıb

Bakıda iki nəfəri bıçaqlayıb qaçan şəxs yaxalanıb
# 27 sentyabr 2014 10:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı şəhərində iki nəfəri bıçaqlayıb hadisə yerindən qaçmaqda şübhəli bilinən şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 24-də saat 22:30 radələrində Bülbülə qəsəbəsinin sakinləri Ülvi Musayev və Zaur Heydərov bıçaq xəsarəti ilə 3 saylı Şəhər Kliniki Xəstəxanaya daxil olublar.

Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Nazim Nəsirov yaxalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR