BMT Ukraynanın şərqindəki münaqişə qurbanlarının sayını açıqlayıb

BMT Ukraynanın şərqindəki münaqişə qurbanlarının sayını açıqlayıb
# 13 dekabr 2014 08:33 (UTC +04:00)

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, idarənin hesabatında bildirilir ki, münaqişə qurbanlarının sayı 4,6 min nəfəri keçib.

Məlumata əsasən, cari ilin aprel ayının ortalarından etibarən Ukraynanın cənub-şərqində 4 634 nəfər həlak olub. Bura iyulun 17-də Donetsk şəhərində Malayziya hava yollarına məxsus olan “Boinq” markalı təyyarənin vurulması nəticəsində ölən 298 nəfər də daxildir.

Hesabat dövründə yaralananların sayı isə 10 342 nəfər təşkil edib.

Son məlumatlara əsasən, münaqişə zonasında 5,2 milyon adam yaşayır, 567 956 insan nəfər isə qaçqın vəziyyətə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR