Rusiyada quldurluqda şübhəli bilinən Azərbaycan vətəndaşları saxlanılıb

Rusiyada quldurluqda şübhəli bilinən Azərbaycan vətəndaşları saxlanılıb
# 22 dekabr 2014 09:14 (UTC +04:00)

APA-nın Rusiya Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu ilin dekabr ayının əvvəlində həmin şəxslər Azərbaycan vətəndaşı olan iş adamına qarşı quldurluq ediblər.

Nəticədə onlar zərərçəkənə məxsus 300 min rublu ələ keçiriblər.

Faktla bağlı “Quldurluq” maddəsi ilə cinayət işi açılıb.

Saxlanılan Azərbaycan vətəndaşlarının orta yaş həddi 22-48-dir. Onların Moskva regionunda digər cinayətlərin törədilməsində iştirakının olub-olmadığı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR