Qənirə Paşayeva Almaniya prezidentinə bu ölkədəki türklərə hücumlarla bağlı sual verib

Qənirə Paşayeva Almaniya prezidentinə bu ölkədəki türklərə hücumlarla bağlı sual verib
# 22 aprel 2013 15:29 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının sessiyasında Almaniya prezidenti Joachim Gauck çıxış edib.

APA-nın Avropa bürosunun xəbərinə görə, çıxışdan sonra o, AŞPA millət vəkillərinin bir sıra suallarını da cavablandırıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın Almaniya prezidentinə bu ölkədə yaşayan türklərlə bağlı sual verib: “Son dövrlər Almaniyada türk kökənli vətəndaşlara qarşı hücumların sayı artır və bu, ölkənizdə yaşayan türklər arasında ciddi narahatlığa səbəb olur. Prezident olaraq türk vətəndaşlarınızın bu narahatlığı sizi narahat edirmi və bu halların qarşısını almaq hökumətin addımları sizi qane edirmi? Nasional Sosialist Yeraltı (NSU) terror təşkilatı ilə mübarizənin səviyyəsini yetərli sayırsınızmı?"

Almaniya prezidenti azərbaycanlı millət vəkilinin sualına belə cavab verib: “Almaniyada hücumlar təşkil edilmişdir. Fəqət qətl məqsədi güdən bu kiçik qatillər qrupunu hər hansı nasional sosialist quruma bərabər tutmaq olmaz. Bu, xoşagəgəlməz və miskin fəalların nisbətən kiçik qrupudur. Partiya hüdudları daxilində və ya ondan kənarda belə qruplar müəyyən narahatlığa səbəb olurlar, lakin onlar türk icması üçün elə də böyük təhlükə deyillər ki, biz bütün cəmiyyət boyu barrikadalar ucaldaq. Almaniya qanunun aliliyinə əsaslanır, irqçilik və ksenofobiya ilə mübarizə üçün kifayət qədər resurslara malikdir, həmçinin Almaniya hüquq sistemi beynəlxalq normaları ehtiva edir. Mən nasional sosialist təşkilatların əhalinin bütün bir qrupu üçün təhdid törətməsi fikrini bölüşmürəm. İnteqrasiya daim bizim gündəliyimizdədir və mən bu müzakirələrdə olduqca yaxından iştirak edirəm. Sələfim vəzifəsini tərk edəndə mən ona və Almaniya cəmiyyətinə vəd verdim ki, inteqrasiya mühüm məsələ olaraq qalacaq və əlbəttə ki, bu, bizim türk vətəndaşlarımıza da şamil olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR