Bakı. Hafiz Heydərov - APA. Samux rayonunda baş verən yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub. APA-nın məlumatına görə, “Daewoo” markalı avtomobilin yolun kənarında olan ağaca çırpılması nəticəsində, sürücü, 1988-ci il təvəllüdlü Nizami Məmmədov və Xatirə Atayeva hadisə yerində ölüblər.
Gəncə şəhər Məhsəti qəsəbə sakinləri - 1977-ci il təvəllüdlü Sabirə İsgəndərova, 1979-cu il təvəllüdlü İntizar Şəfiyeva və 1986-cı il təvəllüdlü Nahidə Atayeva isə müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.
***
10:11
Bakı. Hafiz Heydərov - APA. Samux rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Çobanabdallı kəndinə gedən yolda qeydə alınıb. “Daewoo” markalı avtomobilin ağaca çırpılması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.