Azərbaycan bu il Serbiya ilə birgə qumbaraatan istehsalına başlayacaq

Azərbaycan bu il Serbiya ilə birgə qumbaraatan istehsalına başlayacaq
# 27 mart 2013 13:43 (UTC +04:00)

Bu barədə APA-ya Serbiyanın xaricə silah satışı və hərbi texniki əlaqələrə məsul «Yuqimport» şirkətindən məlumat verilib.

Yeni müəssisədə Azərbaycanda ehtiyac duyulan müxtəlif qumbaraatan modellərinin (dəzgahlı və lüləaltı qumbaraatanların) istehsalı həyata keçiriləcək.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və «Zastava Arms» şirkəti arasında birgə istehsala dair müqavilə 2011-ci ildə bağlanıb.

Serbiya mətbuatının yaydığı məlumata görə, müqavilənin ümumi dəyəri 30 milyon avro təşkil edir. Müqaviləyə Azərbaycanda istehsal sahəsinin yaradılması və Serbiyadan lisenziyanın alınması daxildir.

Qeyd edək ki, cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş İDEX-2013 sərgisində iştirak edən Serbiya stendindən APA-ya Azərbaycanda qumbaraatan istehsalı sahəsinin yaradılmasına başlandığı bildirilib. Serbiya nümayəndələri burada 40 və 46 mm-lik barabanlı (revolver tipli) qumbaraatanların istehsal ediləcəyi açıqlamışdılar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR