İranda 2 nəfər edam edilib

İranda 2 nəfər edam edilib
# 29 aprel 2013 06:40 (UTC +04:00)

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılırlar. Onlardan biri 400 qram, digəri isə 547 qram krak maddəsi ilə həbs edilib. Onların adlarının Qasım və Hadi olduğu açıqlanıb.

Məhbuslar barəsində Vəramin İnqilab Məhkəməsi ölüm hökmü çıxarıb. Onların əfvlə bağlı müraciəti isə rədd edilib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra aprelin 28-də səhər saatlarında Vəramin şəhərinin Xorin həbsxanasında icra edilib.

Qeyd edək ki, “Amnesty İnternational” təşkilatının (Beynəlxalq Əfv Təşkilatı) yaydığı hesabatda İranda 2012-ci ildə 314 nəfərin edam edildiyi bildirilir. Ancaq İran insan haqları təşkilatları edamların sayına görə Çindən sonra ikinci pillədə qərarlaşmış bu ölkədə 2012-ci ildə 580 nəfərin dara çəkildiyini açıqlayıblar.

Xatırladaq ki, ötən həftə rəsmi və qeyri-rəsmi məlumatlara görə, Şirazda 9, Zahidanda 5, Kirmanda 4, Məşhəddə 4, Kərəcdə 2, Zərənddə isə 1 nəfər olmaqla 25 nəfər edam edilib. Bu edamlardan 6-sı ictimaiyyətin gözü qarşısında, 19-u isə həbsxanada icra edilib. Bu həftə isə ikisi qadın olmaqla 4 nəfər Dezful, 4 nəfər Kirman, 3 nəfər Bəm, 3 nəfər də Urmiya şəhərinin mərkəzi həbsxanasında dara çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR