DİN bölgələrdə səyyar xidmət həyata keçirib

DİN bölgələrdə səyyar xidmət həyata keçirib
# 06 mart 2015 16:36 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə Oğuz, Samux, Tərtər, Qax, Qusar, Gədəbəy, Şamaxı və Naftalanda vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı növbəti səyyar xidmət keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA–ya verilən məlumata görə, sözügedən rayonların polis şöbələri əməkdaşlarının iştirakı ilə keçirilən tədbirlər zamanı orta məktəblərin buraxılış sinif şagirdlərinin və şəxsiyyət vəsiqələrinin etibarlıq müddəti bitmiş, ümumilikdə, 1100 nəfərə yaxın şəxsin sənədləri qəbul edilib və onlara yeni vəsiqələr təqdim olunub.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması prosesi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR