Bərdədə və Ağdamda minadan zərərçəkənlərin problemləri müzakirə edilib - FOTOSESSİYA

Bərdədə və Ağdamda minadan zərərçəkənlərin problemləri müzakirə edilib - <span style="color: red;">FOTOSESSİYA
# 24 avqust 2015 10:41 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Minadan zərərçəkənlərin problemlərinin həllinə dəstək” layihəsi çərçivəsində hər biri ikigünlük olmaqla Bərdə və Ağdamda rayonlarında iki maarifləndirmə konfransı keçirilib.

AMZA-nın informasiya departamentindən APA-ya verilən məlumata görə, layihənin məqsədi mina qurbanlarının Azərbaycan cəmiyyətinə olan inteqrasiyasının gücləndirilməsi, dövlət tərəfindən onlara şamil edilmiş güzəşt və imtiyazlarla bağlı həm mina qurbanlarının, həm də müvafiq dövlət strukturlarının maarifləndirməsidir.

Konfransda Bərdə, Ağdam və Tərtər rayonunda yaşayan minadan zərərçəkənlər, hər iki rayonunun İcra Hakimiyyətinin, səhiyyə və təhsil şöbəsinin nümayəndələri hərbi komissarlığın təmsilçilər iştirak edib.

Hər iki konfransda AMZA-nın hazırladığı “Hüquqlarınızı bilirsinizmi?” adlı buklet iştirakçılara paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR