Bakıda Azərbaycan-Polşa biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Polşa biznes forumu keçiriləcək
# 10 dekabr 2014 11:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Gələn həftə Bakıda Azərbaycan-Polşa biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, dekabrın 15-də Polşanın baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfər edəcək.

Səfər çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Azərbaycan-Polşa biznes forumunun keçirilməsi nəzərdə tutulur.

Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 30-a yaxın Polşa şirkətinin iştirakı nəzərdə tutulur.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları biznes forumda iştirak etməyə dəvət edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR