“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik edilib

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik edilib
# 29 iyun 2012 11:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Mili Məclisin bu gün keçirilmiş iclasında «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanuna dəyişiklik edilib. APA-nın məlumatına görə, dəyişiklikdə üzərinə nəzarət markası yapışdırılmalı olan malların siyahısı müəyyənləşdirilib. Buraya dərman vasitələri, audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələri və digər müəlliflik və əlaqəli hüquq obyektləri, kağız və elektron daşıyıcılarında dini təyinatlı ədəbiyyat, audio və viedo materiallar, mal və məmulatlar, həmçinin dini məzmunlu başqa məlumat materialları daxil edilib.

Bununla bağlı olaraq Vergi Məcəlləsinə vergi orqanlarının hüquqlarını genişləndirən əlavə müddəalar salınıb. Müddəalara əsasən, vergi orqanlarının əməkdaşları operativ vergi nəzarəti zamanı kağız və elektron daşıyıcılarında dini təyinatlı ədəbiyyat, audio və viedo materiallar, mal və məmulatlar, həmçinin dini məzmunlu başqa məlumat materialların nəzarət markası ilə markalanmadan yayılması faktlarının aşkarlanması məqsədi ilə yoxlamalar keçirə biləcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR