«Gəncəbank» son bir ildə kredit portfelini 34% artırıb

«Gəncəbank» son bir ildə kredit portfelini 34% artırıb
# 01 may 2012 11:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Gəncəbank» ASC-nin aktivlərinin həcmi 2012-ci il aprelin 1-nə 49,707 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 14% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 34% artaraq 39,670 mln. manat, depozit portfeli isə 13% genişlənərək 5,489 mln. manat olub.

Bu müddət ərzində bankın məcmu kapitalı 6,3% azalaraq 15,922 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 15 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın müştərilərinin sayı 42% artaraq 3 448-ə, o cümlədən fiziki şəxslərin sayı 46% artaraq 2 979-a, hüquqi şəxslərin sayı isə 18% artaraq 469-a çatıb. Bununla yanaşı, bankın aktiv plastik kartlarının sayı 12% artaraq 656, orta aylıq əmək haqqı 320 manat və işçilərin sayı 69 nəfər olub.

Xatırladaq ki, «Gəncəbank» ASC 1994-cü ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 3 filialı, 6 bankomatı və 16 POS-terminalı var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR