Xəzərin Azərbaycan sektorunda köməksiz qalan balıqçı xilas edilib

Xəzərin Azərbaycan sektorunda köməksiz qalan balıqçı xilas edilib
# 23 avqust 2012 13:13 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Xəzərin Azərbaycan sektorunda köməksiz qalan balıqçı xilas edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, daxil olan məlumata əsasən, 1 nəfər balıq tutmaq məqsədi ilə rezin qayıqda Bakı şəhəri, Səbail rayonu ərazisindən dənizə çıxıb və küləkli hava şəraitində (sahildən təxminən 2 km dənizin içərilərinə doğru) köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin “Şıx-2” sularda xilasetmə məntəqəsinin, müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və vətəndaşı xilas ediblər. Əməliyyat saat 13:50-də başa çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR