Bu gün BBVB-nin valyuta bölməsində 2,997 mln. dollarlıq əqdlər bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 2,997 mln. dollarlıq əqdlər bağlanıb
# 12 iyul 2012 14:20 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə USD/AZN ortaölçülü məzənnəsi 0,7850 AZN/USD təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,7850 AZN/USD təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər bağlanılmayıb. Sessiyanın nəticələrinə əsasən, manatın orta məzənnəsi dollara nisbətən 0,7850 AZN/USD təşkil edib.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 2 354 143,50 AZN, sessiyanın nəticələrinə görə isə manatın orta məzənnəsi 0,7850 AZN/USD təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 2,997 mln. dollar və ya 2,354 mln. manat təşkil edib.

Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.

Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

EUR/USD_TOD, EUR/USD_TOM alətləri üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilsə də, əqdlər bağlanılmayıb.

BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 12,70%, ABŞ dolları üzrə isə illik 13,50% təşkil edib.

Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR