Misir Mərdanov: “Saxta diplomlar hansısa işbazların vasitəçiliyi ilə düzəlir”

Misir Mərdanov: “Saxta diplomlar hansısa işbazların vasitəçiliyi ilə düzəlir”
# 08 oktyabr 2012 09:14 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Azərbaycanda saxta diplomla bağlı vəziyyət digər ölkələrdə olduğu kimi ciddi deyil. Belə diplomlar hansısa işbaz adamların vasitəçiliyi ilə düzəlir”. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov bildirib. Onun sözlərinə görə, belə hallar zaman-zaman aşkarlanır və bu əməllə məşğul olanlar cəzalarını alırlar: “Bizdə də elə hal olub ki, bir ali məktəbə verilmiş diplom nəzərdə tutulmuş insana verilməyib. Bu, yalnız saxta pul çap edən kimi saxta diplom çap edən işbazların işidir”.

M.Mərdanov bildirib ki, ali məktəb məzunlarının diplomları ilə bağlı yeni baza yaradılır. Onun sözlərinə görə, baza ya bu, ya da gələn il yaradılacaq: ”Nazirlik diplomları, blankları ali məktəblərə verərkən ali məktəbi bitirən insanın adını orada qeyd etmir. Diplom almaq üçün ali məktəblər məzunlarının siyahısını nazirliyə təqdim edir. Nazirlik də o siyahı əsasında məktəblərə diplom verir. Amma düşünürəm ki, orta məktəblərə attestatlar nömrə ilə verildiyi ki, gələcəkdə ali məktəblərə diplomlar da nömrə ilə verilsə, bu problem həll olunar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR