AEBA İranın nüvə proqramı ilə bağlı bəzi qaranlıq məsələlər olduğunu açıqlayıb

AEBA İranın nüvə proqramı ilə bağlı bəzi qaranlıq məsələlər olduğunu açıqlayıb
# 07 sentyabr 2012 09:06 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) icraçı direktorunun müavini Herman Nakaerts İranın nüvə proqramı ilə bağlı qaranlıq məsələlərin olduğunu bildirib. APA-nın məlumatına görə, H. Nakaerts deyib ki, İranın nüvə proqramı ilə bağlı aydınlıq gətirilməsi vacib olan bəzi məsələlər var: “Belə ki, İran rəhbərliyinin agentliyə bildirdiyi zənginləşdirilmiş uranın miqdarı ilə özlərinin müəyyənləşdirdiyi miqdar arasında fərq var”.

Qeyd edək ki, AEBA-nın son hesabatına görə, 2010-cu ildən indiyədək İran 20%-dək zənginləşdirilmiş 189 kq uran əldə edib.

Sentyabrın 10-da isə AEBA İdarə Heyətinin iclası keçiriləcək. Yığıncaqda agentliyin icraçı direktoru Yukiya Amanonun İran, Suriya və Şimali Koreyanın nüvə proqramları ilə bağlı ayrı-ayrı hazırladığı son üç hesabat üzv ölkələrin müzakirəsinə təqdim ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR