Dörd ay əvvəl Bakı sakininin evinə silahlı basqın edən şəxslər həbs edilib

Dörd ay əvvəl Bakı sakininin evinə silahlı basqın edən şəxslər həbs edilib
# 04 iyul 2012 16:03 (UTC +04:00)
Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Məlumata görə, bu il fevralın 14-də biri maskalı olmaqla 3 naməlum şəxs Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Ə.Vahid küçəsində yaşayan, 70 yaşlı İsmət Əşrəf oğlu Quliyevin yaşadığı evə qapının zəngini çalmaqla daxil olublar. Naməlum şəxslər ev sahibi və onun həyat yoldaşı, 67 yaşlı Pəri Əsgərovanı bıçaqla hədələyərək pul tələb ediblər. Daha sonra onlar ər və arvadın əl-qolunu bağlayaraq, evdə olan pulu və qızıl-zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşıblar.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xəzər rayon Polis İdarəsi və 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - 1974-cü il təvəllüdlü Ramin Uluzadə və 1979-cu il təvəllüdlü Yusif Məhərrəmov bu gün tutularaq istintaqa təhvil veriliblər.

Hazırda baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR