Türkiyə prezidentinin maaşı 11 faiz artırılıb
03 noyabr 2012 09:27 (UTC +04:00)
Bakı-APA. Türkiyə prezidenti Abdullah Gülün maaşı 11 faiz artırılıb. APA-nın məlumatına görə, artım yanvar ayından hesablanacaq. Hazırda 33,500 lirə aylıq maaş alan (18715 dollar) prezidentin maaşı gələn ildən 37250 lirə (20810 dollar) təşkil edəcək. 2013-cü ilin büdcəsinə əsasən, Prezident Aparatının saxlanmasına 157,6 milyon lirə (88 044 692 dollar) sərf olunacaq. Bundan başqa Milli İstikbarat Təşkilatının (MİT) illik büdcəsi 32,5 faiz artırılıb. MİT-in fəaliyyətinin təmin edilməsi üçün gələn il 996 milyon lirə sərf olunacaq ki, bu da təxminən 556 milyon dollara yaxındır.
Avropa
Gürcüstan DİN müxalifət liderinin döyülməsinə münasibət bildirib - FOTO - YENİLƏNİB
10:27
1 may 2024
Tbilisidə keçirilən etiraz aksiyaları zamanı 63 nəfər saxlanılıb - FOTO - VİDEO - YENİLƏNİB-5
10:15
1 may 2024
Vyanada Luis Okamponun tədbiri iflasa uğrayıb
08:47
1 may 2024
Polşa Rusiya ilə sərhədə hərbi texnika yerləşdirəcək
06:19
1 may 2024