Arif Quliyev: “Bu yaşa kimi belə halla qarşılaşmamışam”

Arif Quliyev: “Bu yaşa kimi belə halla qarşılaşmamışam”
# 03 sentyabr 2012 09:20 (UTC +04:00)
Təzyiqim 280 idi və dərhal xəstəxanaya yerləşdirildim”. Bu sözləri APA-ya açıqlamasında sentyabrın 2-də gecə saatlarında Ağcabədi rayonuna yas mərasiminə gedərkən yolda vəziyyəti pisləşən və Zərdab Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Azərbaycanın xalq artisti Arif Quliyev deyib.

Aktyor artıq Bakıya gətirildiyini və Klinik Tibbi Mərkəzdə olduğunu bildirib: “Hazırda Klinik Tibbi Mərkəzindəyəm və qəbulda gözləyirik. Bütün gecə boyunca təzyiqimin düşməsi ilə bağlı müdaxilələr oldu. İndi də çox halsızam və danışa bilmirəm. Hələ bilmirəm nə olacaq”.

Qeyd edək ki, Arif Quliyevin Zərdab Mərkəzi Rayon Xəstəxanasına hipertonik-kriz diaqnozu ilə daxil olduğunu bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR