AŞPA-nın Monitorinq Komitəsinin iclasında Azərbaycanla bağlı məsələ müzakirə ediləcək

AŞPA-nın Monitorinq Komitəsinin iclasında Azərbaycanla bağlı məsələ müzakirə ediləcək
# 23 aprel 2012 18:36 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. AŞPA-nın Monitorinq Komitəsinin sabah keçiriləcək iclasında Azərbaycan üzrə həmməruzəçilər Jozef Debono Qrex və Pedro Aqramuntun Azərbaycana etdikləri son səfərlərinin nəticələrinə dair hesabat müzakirə ediləcək. Bu haqda Assambleyanın Monitorinq komitəsinin sədri Andreas Herkel APA-ya verdiyi açıqlamasında deyib. Andreas Herkel həmməruzəçilərin Azərbaycana növbəti səfərlərinə dair qərarın ya sabahkı iclasda, ya da Komitənin may ayında Parisdə keçiriləcək iclasında veriləcəyini söyləyib. Komitə rəhbəri Azərbaycan üzrə hesabatın AŞPA-nın oktyabr ayında keçiriləcək payız sessiyasında müzakirə ediləcəyini də bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR