Bu il Azərbaycanda vergi hüquqpozmaları ilə bağlı 322 cinayət işi açılıb

Bu il Azərbaycanda vergi hüquqpozmaları ilə bağlı 322 cinayət işi açılıb
# 12 oktyabr 2012 12:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq və aksiz markaları ilə markalanmamış malların satılması faktı üzrə Azərbaycanda ümumilikdə 322 sayda cinayət işi başlanıb. Hesabat dövründə 262 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb ki, bu da 2011-ci ilin eyni dövrü ilə müqayisədə 27 iş və ya 11,5% çoxdur.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, təhlil olunan dövrdə istintaqı tamamlanmış cinayət işlərindən külli miqdarda gəlir əldə etmə və vergidən yayınma, xeyli miqdarda vergidən yayınma, aksiz markaları ilə markalanmamış malların satılması, qanunsuz sahibkarlıq, qanunsuz sahibkarlıq, özgə əmlakını mənimsəmə yolu ilə talama faktı üzrə ümumilikdə 62 nəfər barəsində 58 iş baxılması üçün ittiham aktı ilə aidiyyəti məhkəmələrə göndərilib və 204 işin icraatına xitam verilib.

İcraatına xitam verilmiş cinayət işlərindən 150 iş üzrə bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (23 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan cinayət işinə xitam verilib, 9 102,6 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Vergi yoxlamalarından yayınan, fəaliyyətləri barədə bəyannamə təqdim etməyən və əmlakın siyahıya alınmasına maneçilik törədən 774 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilib. Hesabat dövründə 13 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR