Şamaxıda baş verən yol qəzasında bir ailənin 4 üzvü ağır xəsarət alıb

Şamaxıda baş verən yol qəzasında bir ailənin 4 üzvü ağır xəsarət alıb
# 07 sentyabr 2012 13:26 (UTC +04:00)
APA-nın məlumatına görə, hadisə yolun 106-cı kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb. Ağsu rayon sakini, 1980-ci il təvəllüdlü Verdiyev İlham Sabir oğlunun idarə etdiyi 10-BF-424 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını qarşı tərəfdən gələn Şamaxı sakini, 1990-cı il təvəllüdlü Kərimov Eldar Arif oğluna məxsus 56-BD-265 dövlət nömrə nişanlı “KaMAz” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində “VAZ 2107”nin sürücüsü İlham Verdiyev, həyat yoldaşı Səbinə Verdiyeva, azyaşlı övladları - 7 yaşlı Sevinc Verdiyeva və 3 yaşlı Sabir Verdiyev müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR