Sabina Freyzer: “Azərbaycan və Ermənistan arasında müharibə riski var”

Sabina Freyzer: “Azərbaycan və Ermənistan arasında müharibə riski var”
# 22 iyun 2012 12:50 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Beynəlxalq Böhran Qrupunun Avropa proqramının direktoru Sabina Freyzer deyib. O bildirib ki, təmas xəttində Azərbaycan və Ermənistan tərəfindən atəşkəsə nəzarət zəifdir, beynəlxalq monitorinq isə demək olar ki, yoxdur: “İri miqyaslı hərbi əməliyyatlar tərəflərin cavab addımı kimi təsadüfən başlaya bilər”.

S. Freyzerin fikrincə, nə Azərbaycan, nə də Ermənistan qısamüddətli perspektivdə irimiqyaslı hücum əməliyyatı planlaşdırmır: “Müharibə başlayarsa, uzun çəkəcək, çünki tərəflərdən heç biri digəri üzərində böyük üstünlüyə malik deyil. Rusiya və Türkiyənin necə reaksiya verəcəyi də aydın deyil. Onlar da verdikləri təhlükəsizlik təminatları ilə əlaqədar münaqişəyə cəlb oluna bilər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR