Ziya Əliyev: Azərbaycanda sığortalanan predmetlərin sayı 7,3 milyona yaxınlaşıb

Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev

© APA | Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev

Foto al #
# 22 may 2024 11:09 (UTC +04:00)

2023-cü ildə sığorta bazarında yığımların həcmi rekord həddə çataraq 1,2 mlrd. manatı ötüb. Azərbaycanda sığortalanan predmetlərin sayı 7,3 milyona yaxındır.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev “Katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi” konfransında çıxışı zamanı deyib.

“Sığorta risklərinə verilən təminatın həcmi isə yarım trilyon manatı ötüb ki, bu da ÜDM-in dörd qatından çoxdur. Sığorta ödənişlərinin həcmi 600 milyon manata çatıb. Sektorun aktivləri isə 2 mlrd. manata yüksəlib”- baş direktor əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR