Dow Jones indeksi 0,04%, S&P 500 0,2%, Nasdaq 0,4% yüksəlib

Dow Jones indeksi 0,04%, S&P 500 0,2%, Nasdaq 0,4% yüksəlib
# 09 fevral 2012 07:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,04% - 12 884 bəndədək, S&P 500 0,2% - 1 350 bəndədək, Nasdaq 0,4% - 2 916 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların dinamikasına əsasən xarici amillər, o cümlədən Yunanıstandakı vəziyyətlə bağlı müəyyən nikbin məlumatlar təsir edib.

Avropa fond bazarlarında fevralın 8-də FTSE 100 indeksi 0,2% - 5 876 bəndədək, Almaniya DAX-ı 0,1% - 6 749 bəndədək, Fransa CAC-40-ı 0,05% - 3 410 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% azalaraq 1 735,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3276 (+0,2%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR