«Turanbank» xaricdən yeni kredit cəlb edib
27 mart 2012 10:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC ilə Fransanın «Societe Generale» bankı arasında 1 mln. ABŞ dolları həcmində kreditin cəlb olunmasına dair kredit sazişi imzalanıb. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Nazim Sadıqov bildirib.
N.Sadıqovun sözlərinə görə, cəlb olunmuş kredit Azərbaycanda mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsinə yönəldiləcək.
«Turanbank» xaricdən maliyyə resurslarının cəlb edilməsi sahəsində bir neçə beynəlxalq qurumla əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində «Turanbank» həm fərdi, həm də korporativ müştərilərə kompleks bank xidmətləri göstərir. Bankın bazarda əsas üstünlüyü paytaxtda və ölkənin digər regionlarında kiçik və orta sahibkarlığa maliyyə dəstəyi verməsidir», - deyə N.Sadıqov bildirib.
Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 11 filialı, 16 bankomatı, 74 POS-terminalı və 239 işçisi var.

Maliyyə
Kredit öhdəliyini "Kapital Bank"a gətirənlər üçün əlverişli təkliflər davam edir
10:20
21 may 2024
İqtisadiyyat Nazirliyinə məxsus qurumun 7 mln. manat vergi borcu var
09:49
21 may 2024
Bu günün valyuta məzənnələri
09:17
21 may 2024
Ticarət donanması heyətinin maaşlarına aylıq əlavə pul təminatının yuxarı həddinin məbləği müəyyənləşib
17:36
20 may 2024