Borrell: "Bütün ölkələr BCM qərarlarına əməl etməyə borcludur"

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell

© APA | Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell

# 21 may 2024 04:24 (UTC +04:00)

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) nizamnaməsini ratifikasiya etmiş bütün dövlətlər onun qərarlarını yerinə yetirməyə borcludurlar.

APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.

“BCM Prokurorunun Yəhya Sinvar, Məhəmməd Deif, İsmayıl Haniyə, Benyamin Netanyahu və Yoav Qallantın həbsinə order vermək qərarını nəzərə alıram”, - diplomat vurğulayıb.

Diplomat vurğulayıb ki, Beynəlxalq Cinayət Məhkəməsinin mandatı beynəlxalq hüquq çərçivəsində ən ağır cinayətləri təqib etməkdən ibarətdir.

“BCM-in nizamnaməsini ratifikasiya edən bütün dövlətlər məhkəmənin qərarlarına əməl etməyə borcludurlar”, - Borell əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR