Azərbaycanda bank aktivləri fevralda artıb

Azərbaycanda bank aktivləri fevralda artıb
# 04 may 2012 09:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların məcmu aktivlərin həcmi 2012-ci il martın 1-nə 14 640,13 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bank aktivləri ötən ilin martın əvvəli ilə müqayisədə 1,482 mlrd. manat və ya 11,3%, o cümlədən bu ilin fevralında 435,12 mln. manat və ya 3,1% artıb:




Aktivlərin strukturunda müştərilərə verilən kreditlərin həcmi martın 1-nə 9 223,4 mln. manat (xüsusi çəkisi 63,0%), müxbir hesabları 1 282,7 mln. manat (8,8%), investisiyaların həcmi 1 498,7 mln. manat (10,2%), nağd vəsaitlər 655,6 mln. manat (4,5%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 582,1 mln. manat (4,0%), digər aktivlər isə 1 398,8 mln. manat (9,6%) təşkil edib.

Kommersiya banklarının passivlərinin 83,1%-i bank öhdəliklərinin payına düşür. Belə ki, bank öhdəliklərinin həcmi 12 172,39 mln. manat təşkil edib. Öhdəliklərin tərkibində 6 849,3 mln. manat depozitlər, 4 469,6 mln. manat maliyyə sektorundan alınmış kredit və depozitlər, 853,5 mln. manat digər öhdəliklərin payına düşür. Bankların məcmu kapitalı 2012-ci il martın 1-nə 2 467,7 mln. manata bərabər olub.

Göründüyü kimi, Azərbaycanda bankların yüksək likvidli aktivlərinin həcmi 1,938 mlrd. manata bərabərdir. Qeyd edək ki, bank sistemində ən likvid aktivlər kimi nağd vəsaitlər və müxbir hesabları hesab olunur. Nəticədə, ən likvid aktivlərin xüsusi çəkisi 13,2% təşkil edir ki, bu da dünya praktikası nəzərə alınmaqla məqbul göstərici hesab oluna bilər. Qeyd edək ki, ümumilikdə hər bank kredit, depozit və risklərin idarə edilməsi siyasətindən asılı olaraq sərəncamında saxlanılan likvid aktivlərin həcmini özü müəyyənləşdirir. Nəzəriyyə baxımından ən likvid aktivlərin həcmi və aktivlərin strukturunda xüsusi çəkisinin müəyyən edilən normadan artıq olması bankın gəlirliyinə mənfi təsir edir, normadan aşağı olması bankın ani likvidliyinin enməsinə səbəb olur. Buna görə, həmin həcmin müəyyən olunması üçün banklar ən optimal nisbətin araşdırılması məqsədilə xüsusi hesablamalar aparır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR