Qax, Şəki və Oğuz rayonlarında yanğın hadisələri baş verib

Qax, Şəki və Oğuz rayonlarında yanğın hadisələri baş verib
# 08 aprel 2012 12:32 (UTC +04:00)
Qax-Şəki-Oğuz. Vüqar Heydərov - APA. Azərbaycanın Qax, Şəki və Oğuz rayonlarında yanğın hadisələri baş verib. Bu barədə APA-nın yerli bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) adı çəkilən rayonların Yanğından Mühafizə hissələrindən (YMH) məlumat verilib. Qax rayon YMH-dən APA-ya verilən məlumata görə, yanğın hadisəsi Qax rayonu, Malax kəndində baş verib. Yanğın nəticəsində 5 hektar sahədə kol-kos yanıb. Meşə zolağındakı ağaclar yanğından mühafizə olunub.

Şəki rayon YMH-dən APA-ya verilən məlumata əsasən, yanğın hadisəsi Şəki şəhəri Natiq Əlibəyeva məxsus, ümumi sahəsi 49 kv/m olan birmərtəbəli ikiotaqlı evdə baş verib. Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları və mətbəxin tavan hissəsi yanaraq yararsız hala düşüb. Ev əşyaları və iki otaq yanğınsöndürənlər tərəfindən mühafizə edilib.

Oğuz rayon YMH-dən APA-ya verilən məlumata görə isə, Oğuz rayonunda yanğın Xaçmaz Qışlaq kənd bələdiyyəsinə məxsus fındıq bağlarında baş verib. Nəticədə 4 hektar sahədə kol-kos yanıb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR