İranda sel 7 nəfərin ölümünə səbəb olub

İranda sel 7 nəfərin ölümünə səbəb olub
# 13 oktyabr 2012 16:15 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Mazandaran vilayətində gecə saatlarından davam edən leysan yağışlar nəticəsində baş verən sel və daşqınlar ciddi fəsadlar törədib.

APA-nın İRİNN dövlət televiziyasına istinadən məlumatına görə, daşqınlar Behşəhr şəhərində 7 nəfərin ölməsinə səbəb olub. Bundan əlavə, sel suları yaşayış evlərini və şəxsi təsərrüfatları basıb.

Təbii fəlakətdən zərər çəkənlərə yardım göstərmək üçün xilasetmə işləri başlayıb, eyni zamanda şəhərdə fəaliyyət göstərən bütün təhsil ocaqlarında bu gün tətil elan edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR